18 yaşadək voleybolçu qızlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Gürcüstanın Telavi şəhərinə yola düşüb.
Şahin Çatmanın rəhbərlik etdiyi yığmamız A qrupunda Polşa və Gürcüstan komandaları ilə qarşılaşacaq. Millimiz ilk oyununu 20 noyabr tarixində Polşa yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, 20–23 noyabr tarixlərində təşkil olunacaq yarış “AVRO-2026”ya seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.
U-18 millimizin heyəti:
Baş məşqçi: Şahin Çatma
Məşqçilər: Həmid Anvari, Zihni Türkay Taylan, Serim Birol
Oyunçular: Çinarə Rəhimova, Fatimə Əliyeva, Dilarə Ağayeva, Ulyana Kovalyova, Nuray Vahablı, Mədinə Əlibəyova, Ayan Məmmədova, Çinarə Yusubova, Fatimə Mirzəyeva, Zeynəb Quluzadə, Xədicə Hadızadə, Leyla Əliyeva, Aydan Mirzəyeva, Nəzrin Məmmədli
