• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təqsdiqlənib

16 Yanvar, 26 / 16:52
A A
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təqsdiqlənib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

Balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər.

Quba “ASAN xidmət” mərkəzi

– Xaçmaz, Şabran, Siyəzən

Salyan “ASAN xidmət” mərkəzi

– Neftçala, Salyan, Biləsuvar, Şirvan

Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi

– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir

Lənkəran “ASAN xidmət” mərkəzi

– Astara, Lənkəran, Masallı

Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutulur.

Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim edilməlidir.

 

2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri

№ Balıq və digər su bioresursları Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün
1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat) 1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)
1 Кilkə 44,50 89,00
2 Siyənək 111,25 222,50
3 Кеfal 89,00 178,00
4 Çapaq 89,00 178,00
5 Кülmə 89,00 178,00
6 Çəki 178,00 267,00
7 Хəşəm 222,50 445,00
8 Sıf 178,00 356,00
9 Кütüm 222,50 445,00
10 Şamayı 222,50 445,00
11 Qarasol 89,00 —–
12 Хərçəngkimilər 222,50 445,00
13 Digər balıq növləri 89,00 178,00

                                      

Previous Post

Pakistanın Baş naziri “ASAN xidmət”in sədrini qəbul edib

Next Post

“Sabah” ilk dəfə qatıldığı Çempionlar Liqasında diqqət mərkəzində

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.