23-24 avqust Bakıda 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq. Səbail mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 13-ü milli: Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya – 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır.
Qeyd edək ki, Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.

