5-7 sentyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə qadınlardan ibarət millimizində iştirak etdiyi 3×3 basketbol üzrə Avropa Kubokunun oyunları keçirilir. Turnirin qrup mərhələsində qadın millimiz ilk oyunda Fransa üzərində 21:16, ikinci oyunda isə Ukrayna seçməsinə 21:14 hesabları ilə qalib gələrək, qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Millimiz 1/4 finalda Polşa yığmasını 16:13 hesabı ilə məğlub etdikdən sonra, yarımfinalda son Avropa çempionu İspaniya üzərində 21:17 hesablı qələbə qazanaraq 3×3 basketbol tariximizdə ilk dəfə olaraq finala vəsiqəni təmin edib.
Qeyd edək ki, həlledici görüşdə millimiz son dünya çempionu Niderland yığması ilə qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
