Türkiyədə polis xüsusi əməliyyat keçirib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, əməliyyat Afyonkarahisarda baş tutub.
Əməliyyat zamanı 5 nəfər saxlanılıb. Saxlanılan şəxslərin olduğu avtomobildə küllü miqdarda narkotik vasitələr aşkarlanıb. Saxlanılanlara qarşı cinayyət işi açılıb.
//Nəzər.Media
