Türkiyədə polis xüsusi əməliyyat keçib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, əməliyyat Ağrıda baş tutub.
Əməliyyat zamanı 5 nəfər saxlanılıb. Saxlanılanlar narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olub. Onlardan 51 kq narkotik vasitə müsadirə edilib. Saxlanılanlar barəsində cinayyət işi açılıb. Onlar məhkəmənin qərarı ilə həbs edilib.
//Nəzər.Media
