• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

75 yaşında vəfat edən sabiq nazir Oqtay Şirəliyev KİMDİR... - DOSYE

03 Oktyabr, 25 / 22:43
A A
75 yaşında vəfat edən sabiq nazir Oqtay Şirəliyev KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev dünyasını dəyişib.

Sabiq nazirin dosyesini təqdim edirik:

Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 1967-1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.

1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah kimi fəaliyyətə başlayıb. 1977-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə isə 1-ci Moskva Tibb İnstitutunun aspiranturasına qəbul olunub.

1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyasını müdafiə edərək, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2003-cü ildə isə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.

Oqtay Şirəliyev 20 oktyabr 2005-ci il tarixli Prezident Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Onun səhiyyə sahəsindəki xidmətləri yüksək qiymətləndirilib və 12 avqust 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.
//musavat.com

Previous Post

Oktay Şirəliyev vəfat etdi

Next Post

TƏBİB-dən Oqtay Şirəliyevin vəfatı ilə bağlı - AÇIQLAMA

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.