Türkiyədə qanunsuz miqrantlara qarşı mübarizə davam edir. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, əməliyyat bu dəfə İstanbulda baş tutub.
Əməliyyat zamanı 8 nəfər qanunsuz miqrant saxlanılıb. Saxlanılanlardan 4-ü azyaşlı olub. Miqrantların ifşa edildiyi avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Miqrantlar miqrasiya idarəsinə təhvil verilib. Sürücü ilə bağlı insan qaçaqmalçılığı ilə məşğul olduğu üçün cinayyət işi açılıb.
//Nəzər.Media
