Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Aydında baş verib.
Qəza zamanı 80 yaşlı kişini avtomobil vurub. Hadisə zamanı piyada həyatını itirib. Avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
/Nəzər.Media
