12 sentyabr 2025-ci il tarixində Taylandın Banqkok şəhərində Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası Beynəlxalq Sumo Federasiyasının “General Assembly” və “IFS Board Meeting”də ölkəmizi təmsil edib.
İclas çərçivəsində Assosiasiyanın vitse-prezidenti Ülvi Ağamirov gələn il Azərbaycanda keçiriləcək Sumo Dünya Çempionatı ilə bağlı təqdimatla çıxış edib.
Eyni zamanda vitse-prezident Kamiiwa Shinichi və PR menecer Yukiko Tadama da tədbirlərdə iştirak edərək ölkəmizin idman potensialını tanıdıblar.
Qarşıdan gələn möhtəşəm çempionat üçün hazırlıqlar davam edir
