Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb. “Araz-Naxçıvan”ın növbəti qələbəsini qazandığı turda “Turan Tovuz”da növbəti qələbəsini qazanıb. “Şamaxı”nın ikinci qələbəsini qazandığı turda debütant “İmişli”nin qələbəsi ləğv edildi. “Qarabağ”ın xal itirdiyi turda “Neftçi” yenə qələbə üzünə həsrət qaldı.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasına Cümə günü star verilmişdi. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesaba bitib–“Kəpəz”-“Araz-Naxçıvan”-0:0. Oyunun 65-ci dəqiqəsində “Araz-Naxçıvan” Slavik Alxazovun qolu ilə hesabı açıb-“Kəpəz”-“Araz-Naxçıvan”-0:1. Oyunun 86-cı dəqiqəsində Bar Kohen “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Kəpəz”-“Araz-Naxçıvan”-0:2. Bu görüşdə vurulan sonuncu qol olub və “Araz-Naxçıvan” matçdan 0:2 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunun 39-cu dəqiqəsində “Zirə” Ruan Renatonun penaltidən qolu ilə hesabı açıb-“Qarabağ”-“Zirə”-0:1.İlk hissə “Zirə”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 81-ci dəqiqəsində Kadi Borges “Qarabağ”ın bərabərlik topuna imza atıb-“Qarabağ”-“Zirə”-1:1.Bu oyunda vurulan son olub və beləcə tərəflər hərəyə bir qol vurmaqla bir xala razı olub-“Qarabağ”-“Zirə”-1:1.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“İmişli”-“Sumqayıt”-0:0. Oyunun 72-ci dəqiqəsində “İmişli” “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun avtoqolu ilə hesabı açıb-“İmişli”-“Sumqayıt”-1:0.Oyunun 90+4-cü dəqiqəsində “İmişli” azlıqda qalıb. Komandanın heyətində Rafael Vieqaş qırmızı vərəqə alaraq meydandan qovulıb-“İmişli”-“Sumqayıt”-1:0. Bu oyunda yadda qalan son hadisə olub və “İmişli” matçda 1:0 qalib gələrək mövsümdə ikinci qələbəsini reallaşdırdı-“İmişli”-“Sumqayıt”-1:0. Ancaq “İmişli”nin protokol xətasına görə bu oyunun nəticəsinin ləğv ediləcəyi və “İmişli”yə texniki məğlubiyyət veriləcək.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Turan Tovuz”-“Qəbələ”-0:0.Oyunun 54-cü dəqiqəsində “Turan Tovuz” Aleks Souza qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Qəbələ”-1:0.Bu oyunda vurulan son qol oldu və “Turan Tovuz” matçdan 1:0 qalib ayrıldı.
Bu gün iki qarşılaşma baş tutub.
İlk olaraq “Şamaxı” “Şamax şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Şamaxı” Alfons Msanqanın qolu ilə hesabı açıb-“Şamaxı”-“Karvan-Yevləx”-1:0.Oyunun 45-ci dəqiqəsində Andrey Tirkoveanu “Şamaxı”nın ikinci topuna imza atıb-“Şamaxı”-“Karvan-Yevlax”-2:0. İlk hissə “Şamaxı”nın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 71-ci dəqiqəsində Sezar Enrike “Şamaxı”nın üçüncü topuna imza atıb-“Şamaxı”-“Karvan-Yevlax”-3:0. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” 3 xalı 3 cavabsız qolla qazandı-“Şamaxı”-“Sabah”-3:0.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Sabah”ı qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilmədi-“Neftçi”-“Sabah”-0:0. Görüşün ikinci hissəsində də qol olmadı və görüş başladığı hesabla bitti-“Neftçi”-“Sabah”-0:0
NƏTİCƏLƏR
“KƏPƏZ”-“ARAZ-NAXÇIVAN”-0:0
“QARABAĞ”-“ZİRƏ”-1:1
“İMİŞLİ”-“SUMQAYIT”-1:0(texniki məğlubiyyət “İmişli”)
“TURAN TOVUZ”-“QƏBƏLƏ”-1:0
“ŞAMAXI”-“KARVAN-YEVLAX”-3:0
“NEFTÇİ”-“SABAH”-1:0
TURNİR CƏDVƏLİ:

