Polşanın hava məkanını pozan Rusiya qanunsuz əməllərini davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rusiya bu dəfə Rumıniyanın hava məkanını pozub.
Rus PUA-larının Rumıniyanın hava məkanını pozması qarşılığında Rumıniya tərəfi 2 ədəd F-16 təyyarəsini səmaya qaldırıb. Məsələ ilə bağlı Ukrayna Prezidenti Vlodimir Zelenski açıqlamasında bildirib ki, Rusiyanın məqsədi münaqişənin arialını böyütməkdir.
Qeyd edək ki, bu artıq Rusiyanın hava məkanını pozduğu ikinci NATO dövlətidir. Rusiyanın təxribatları bununla da bitmir. Onlar sərhədyanı ərazilərdə Belarus dövləti ilə təxribat xarakterli hərbi təlimlərdə keçir.
//Nəzər.Media
