ABŞ-ın hərbi gəmisi Venesuelanın balıqçı gəmisinə hücum edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Xarici İşlər naziri İvan Gil dövlət kanalında bəyantla çıxış edib.
Nazir bildirib ki, Venesuelalı balıqçılar silahsız və müdafiəsiz olub və onlar 18 nəfərlik ABŞ hərbiçilərinin hücumuna məruz qalıb. Xarici işlər naziri bu hücumu təxribat və müharibəyə səbəb adlandırıb.
//Nəzər.Media
