Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Muğlada baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Hadisə zamanı 4 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırıdır. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
