Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Amasiyada baş verib.
Qəza zamanı minik avtomobili motosikletə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Minik avtomobilin sürücüsü hadisə yerindən qaçmağa nail olub. Hadisənin baş vermə anı təhlükəsizlik kameralarında qeyd alınıb. Qaçan sürücü polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
