• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

EDSO-nun Baş Assambleyası Azərbaycanda keçiriləcək

16 Sentyabr, 25 / 23:26
A A
EDSO-nun Baş Assambleyası Azərbaycanda keçiriləcək

Ölkəmiz ilk dəfə Avropa Karlar İdman Təşkilatının (European Deaf Sport Organisation – EDSO) “EDSO – General Assembly” tədbirinə ev sahibliyi edəcək.
Azərbaycan Deflimpiya Komitəsinin təşəbbüsü ilə EDSO-nun Baş Assembleyası 2027-ci ildə Azərbaycanda keçiriləcək. Komitədən verilən məlumata əsasən ölkəmizdə ilk dəfə keçirilməsi planlaşdırılan tədbir eşitmə məhdudiyyətli idmançılar üçün böyük imkanlar yaratmaqla yanaşı, Azərbaycanın Deflimpiya hərəkatında olan önəmini artıracaqdır.
1983-cü ildə yaradılmış EDSO 40-dan çox ölkədən, 1000-dən çox eşitmə məhdudiyyətli şəxslərin idman klubları və on minlərlə eşitmə məhdudiyyətli idmançını əhatə edir. Sözügedən təşkilat hazırda Avropa regionu üzrə eşitmə məhdudiyyətli idmançıların və şəxslərin birləşdiyi ən mötəbər qurum olaraq fəaliyyət göstərir. Həmçinin, 2025-ci ilin aprel ayında Deflimpiya Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Karlar İdman Komitəsi (ICSD) və EDSO rəhbərliyi ilk dəfə ölkəmizə səfər edərək Komitənin fəaliyyəti və azərbaycanlı idmançılarla tanış olmuşdur.
Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə 2025-ci ildən etibarən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport – ICSD) üzvlüyünə qəbul olunub.

 

Previous Post

Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçirilib

Next Post

Günün qoroskopu: Sizi çaşdıran məlumatlara rast gələcəksiniz

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.