• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

17 Sentyabr, 25 / 14:47
A A
Yeni vergi dövrü başlayır – Vətəndaşlar nəyə hazır olmalıdır?

“2026-cı ilin yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçün müəyyənləşmiş güzəşt müddəti başa çatır. Bu, kifayət qədər fundamental dəstək idi”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili qeyd edib ki, qərar xüsusilə özəl sektorun inkişafına və o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı: “Bu, özünü əmək müqavilələrinin sayında göstərdi. Təklif edərdim ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidən kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın.

Güzəşt müddəti başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə artırılması həyata keçirilsin. Aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük yaratmaya bilər.

Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda daha aşağı vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu, özəl sektorun dəstəklənməsi və bu sahədə gizli iqtisadiyyatın ağardılması baxımından çox vacibdir”.

Qeyd edək ki, 2019-cu ildə aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşların gəlir vergisi 7 illik ləğv olunmuşdu./”Qafqazinfo”

//milli.az

Previous Post

Zaurun övladları ilə VİDEOsu hər kəsi kövrəltdi

Next Post

Mərhum generalın əmlakı müsadirə edildi - SİYAHI

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.