Venesuela ABŞ-dan şikayət edib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, şikayət Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) olub.
Şikayət əsasında ABŞ-ın hərbi donanmasının Venesuela balıqçı gəmilərinə hücumu bildirilib.
Qeyd edək ki, hadisə Venesuelanın xüsusi iqtisadi zonasının ərazisində baş verib. Venesuela bu hadisəni pisəyib və ölkəsinin suverenliyinə hücum kimi qiymətləndirib.
//Nəzər.Media
