Marqot Robbi qarderobunda köklü dəyişikliklər edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, son zamanlar Robbi, qırmızı xalçada sinə dekolteli, dərin yarıqlı və transparan geyimlərə üstünlük verməyə başlayıb.
Bu da onun pərəstişkarlarını iki yerə bölüb. Onun bəzi pərəstişkarı yeni stilini bəyənsə də bəziləri bəyənməyib. Bəyənməyənlər onun geyimlərinin açıq-saçıq olmasını vurğulayıb. Hətta bir çoxları ona stilistini dəyişməyi məsləhət görüb.
Xatırladaq ki, Robbi 2023-cü ildən bilet satışlarında rekorda imza “Barbi” filminə çəkildikdən sonra tez-tez çəhrayı rəngli geyimlərə üstünlük verir.
//Nəzər.Media
