Yaponiyada yaşı 100 ötənlərin sayında rekord göstərici qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, artıq yaşı 100 ötənlərin sayı 99 mini keçib.
Statistika ölkədə hər il keçirilən “Yaşlılara Hörmət Günü” çərçivəsində açıqlanıb. Açıqlamada yaşı 100-ü ötənlərin 88%-nin qadınlar olduğu bildirilib. Ölkənin ən yaşlı qadını 114 yaşlı Kaqava Şiqekodur. Ən yaşlı kişisi isə 111 yaşlı Mizuno Kiyotakadır.
1963-cü ildən ölkədə yaşı 100-ü ötənlərin statistikası aparılır. İlk ildə cəmi 153 nəfər qeydə alınmışdı.
//Nəzər.Media
