ABŞ Prezidenti Donald Tramp İngiltərədə səfəri çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb. Nəzər.Media “NTV Haber”ə istinadən xəbər verir ki, görüşdən sonra tərəflər mətbuata birgə açıqlama verib.
Mətbuat konfransı zamanı Tramp Rusiya-Ukrayna münaqişəsi ilə yanaşı İsrail-Fələstin münaqişəsinədə toxunub. Tramp Kir Starmerin Fələstini tanımaq məsələsi ilə razılaşamadığını bildirib.
“Qəzzadakı məsələ çox mürrəkəbdir. Ancaq həll edilməz deyil. Həmas əlində olan bütün əsrləri geri qaytarmalıdır. Fələstinin idarə edilməsində Həmasın üzvləri və rolu olmamalıdır.”-deyə Donald Tramp bildirib.
Qeyd edək ki, İngiltərə mətbuatının məlumatına görə İngiltərə önümüzdəki həftədə Fələstini dövlət kimi tanıyacaq.
//Nəzər.Media
