• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Xanımı Adnan Əhmədzadənin həbsindən sonra “Quran”dan bu ayəni paylaşdı - FOTOLAR

21 Sentyabr, 25 / 10:53
A A
Xanımı Adnan Əhmədzadənin həbsindən sonra “Quran”dan bu ayəni paylaşdı - FOTOLAR

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin xanımı Gülsəfa Cəfərova sosial şəbəkə hesabında atdığı addımla diqqət çəkib.

Nəzər.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, G.Cəfərova həyat yoldaşı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, instaqram hesabına əl gəzdirib, bahalı həyat tərzini əks etdirən fotolarını böyük qismini platformadan silib.

Bundan başqa, o, “story” bölməsində etdiyi paylaşımlarla da diqqətimizi çəkib. İndiyədək lüks paylaşımlarla daha çox ön plana çıxan Cəfərovanın budəfəki instaqram hekayəsində “Quran”dan “Hud” sürəsinin 18-ci ayəsi öz əskini tapıb.

Həmin ayədə deyilir:

“Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!”

Gülsəfa Cəfərovanın digər paylaşımı da ərinin həbsinin təsirində etdiyi heç kimdə şübhə doğurmur:

“İstər itki acısı, istər qarışıqlığın ağırlığı, istərsə də həyatın sınaqları ilə qarşılaşsanız da, bilin ki, tək deyilsiniz. Bu hissləri parçalayanlar üçün Allah sizin qəlbinizi ən yaxşısına yönəltsin. Şəfa axtaranlara Allah dərdini yüngülləşdirsin, qüvvət versin. Səbirlə gözləyənlər üçün hekayəniz hələ görə bilmədiyiniz şəkildə gözəl şəkildə inkişaf edir. Sizin dözümlülüyünüz Allah tərəfindən diqqətdən kənarda qalmır”.

Gülsəfa Cəfərovanın bu paylaşımları birmənalı qarşılanmayıb.

Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.

Previous Post

Ruanda Prezidenti “ASAN xidmət”də

Next Post

Övladı olmayan kişilərin nəzərinə - Androloq dərmansız müalicəni açıqladı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.