Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da Azərbaycan futbolunun nəhəngi “Qarabağ”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi səfərdə “Benifika”nı məğlub edən komandaya öz evində ən azından məğlub olmamaq haqqında düşünəcək. “Köhlən atlar” isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq. Hakim Əliyer Ağayevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Araz-Naxçıvan”ın start heyəti:
12. Kristian Avram(GK)
34. Urfan Abbasov (C)
3. Bəxtiyar Həsənalızadə
5. Slavik Alxasov
4. Rahil Məmmədov
6. Patrik Andrade
29. Vanderson Melo
23. Nuno Rodriqes
7. Hamidu Keyta
10. Felipe Santos
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
76. Süleyman Həsənov
2. Qara Qarayev
77. Bruno Franko
17. İssuf Paro
11. Ba-Muaka Simakala
24. Mustafa Əhmədzadə
26. Ömər Buludov
8. Coşqun Diniyev
14. Ülvi İsgəndərov
22. Elçin Mustafayev
19. Bar Kohen
“Araz-Naxçıvan”ın baş məşqçisi:Elmar Baxşıyev
“Qarabağ”ın start heyəti:
1. Şahrudin Məhəmmədəliyev(GK)
55. Bədavi Hüseynov (C)
27. Toral Bayramov
22. Musa Qurbanlı
20. Kadi Borqes
3. Sami Mmae
18. Dani Bolt
15. Leandro Andrade
6. Kris Kuaku
21. Aleksey Kaşuk
11. Emmanuel Addai
“Qarabağ”ın ehtiyat oyunçuları:
99. Mateus Koxalski(GK)
97. Fabian Buntiç(GK)
17. Kamilo Duran
10. Abdullah Zubir
35. Pedro Bikalyo
44. Elvin Cəfərquliyev
2. Mateus Silva
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
13. Bəhlul Mustafazadə
32. Hikmət Cəbrayılzadə
81. Kevin Medina
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün və turun sonuncu qarşılşamasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Keçən tur texniki qələbənin sayəsində üç xal əldə edib turnir cədvəlinin 1-ci sırasına yüksələn “kimyaçılar” bu oyunda həqiqi qələbə qazanaraq mövqeylərini qorumaq istəyəcək. “Neftçi”də bu oyunda mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib.Artıq oyunun 12-ci dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“İmişli”-0:1.Oyunun 15-ci dəqiqəsində Edvin Banquera “İmişli”nin ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:2. İlk hissə “İmişli”nin 0:2 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində Azər Salahlı “İmişli”nin üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:3. Bu oyunda vurulan sonuncu qol olub və “İmişli” 3 xalı 3 cavabsız qol vurmaqla qazanıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edib. Artıq oyunun 24-ci dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə “Şamaxı” hesabı açıb-“Zirə”-“Şamaxı”-0:1. İlk hissə “Şamaxı”nın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 83-cü dəqiqəsində Junior Martins “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Şamaxı”-1:1. Oyunun 87-ci dəqiqəsində Junior Martins dubla imza ataraq özünün və “Zirə”nin ikinci topuna imza atıb və komandasını hesabda önə keçirib-“Zirə”-“Şamaxı”-2:1. Bu oyunda vurulan sonuncu qol olub və “Zirə” matçdan 2:1 qalib ayrılıb.
Dünən iki qarşılaşma baş tutub.
Dünənin ilk qarşılaşamasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 44-cü dəqiqəsində “Qəbələ” Adriel Ba Louanun qolu ilə hesabı açıb-“Qəbələ”-“Kəpəz”-1:0. İlk hissə “Qəbələ”nin 1:0 üstünlüyü ilə başa çatıb.Oyunun 59-cu dəqiqəsində Prins Ovusu “Qəbələ”nin ikinic topuna imza atıb-“Qəbələ”-“Kəpəz”-2:0.Oyunun 67-ci dəqiqəsində Prins Ovusu dubl edərək özünün ikinci və “Qəbələ”nin üçüncü topuna imza atıb-“Qəbələ”-“Kəpəz”-3:0. Bu oyunda vurulan son qol oldu və “Qəbələ” mövsümdə ilk üç xalını üç cavabsız qolla qazanıb-“Qəbələ”-“Kəpəz”-3:0.
Günün ikinci qarşlaşmasında “Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sabah”-“Turan Tovuz”-0:0. Oyunun 56-cı dəqiqəsində “Sabah” Velko Simiçin qolu ilə hesabı açıb-“Sabah”-“Turan Tovuz”-1:0. Oyunun 90+6-cı dəqiqəsində Pavol Safranko penaltidən “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Turan Tovuz”-2:0.
