• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Sumqayıt" "Neftçi"ni qəbul edəcə-START HEYƏTLƏR

21 Sentyabr, 25 / 18:25
A A
"Sumqayıt" "Neftçi"ni qəbul edəcə-START HEYƏTLƏR

Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün və turun sonuncu qarşılşamasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionunda” “Neftçi”ni qəbul edəcək. Keçən tur texniki qələbənin sayəsində üç xal əldə edib turnir cədvəlinin 1-ci sırasına yüksələn “kimyaçılar” bu oyunda həqiqi qələbə qazanaraq mövqeylərini qorumaq istəyəcək. “Neftçi”də bu oyunda mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq. Hakim Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

“Sumqayıt”ın start heyəti
1. Mehdi Cənnətov(GK)
7. Rüstəm Əhmədzadə
8. Səbuhi Abdullazadə (C)
19. Roi Kehat
9. Aleksandr Ramalinqom
14. Pedro Pinto
72. Rayan Senhadji
23. Ronaldo Vaskez
80. Keffel Resende
11. Aleksa Yankoviç
25. Abdul Raşid Mumini

“Sumqayıt”ın ehtiyat oyunçuları:
22. Xəyal Fərzullayev(GK)
56. Aftandil Arixov
3. Höccət Haqverdi
21. Nihad Əhmədzadə
71. Masaki Murata
10. Nikola Ninkoviç
6. Rauf Rüstəmli
75. Nadir Orucov
97. Vüsal Paşayev

“Sumqayıt”ın baş məşqçisi:Saşa İliç

“Neftçi”nin start heyəti:
13. Kenan Piriç(GK)
8. Emin Mahmudov (C)
15. Elvin Bədəlov
17. Murad Xaçayev
77. Falaye Sako
6. Sessi Dalmeyda
24. Mustafa Sek
9. Bassala Sambu
11. İmad Faraj
10. Freddi Varqas
23. Cordan Rezabala

“Neftçi”nin ehtiyat oyunçuları:
1. Emil Balayev(GK)
93. Rza Cəfərov(GK)
22. Luis Ortis
28. Alessio Kurçi
4. Elvin Camalov
7. Emil Səfərov
19. Ağadadaş Salyanski
47. Murad Məmmədov
14. Edvin Kuç
27. Kristian Kostin

“Neftçi”nin baş məşqçisi:Samir Abasov

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib.Artıq oyunun 12-ci dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“İmişli”-0:1.Oyunun 15-ci dəqiqəsində Edvin Banquera “İmişli”nin ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:2. İlk hissə “İmişli”nin 0:2 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində Azər Salahlı “İmişli”nin üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:3. Bu oyunda vurulan sonuncu qol olub və “İmişli” 3 xalı 3 cavabsız qol vurmaqla qazanıb.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edib. Artıq oyunun 24-ci dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə “Şamaxı” hesabı açıb-“Zirə”-“Şamaxı”-0:1. İlk hissə “Şamaxı”nın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 83-cü dəqiqəsində Junior Martins “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Şamaxı”-1:1. Oyunun 87-ci dəqiqəsində Junior Martins dubla imza ataraq özünün və “Zirə”nin ikinci topuna imza atıb və komandasını hesabda önə keçirib-“Zirə”-“Şamaxı”-2:1. Bu oyunda vurulan sonuncu qol olub və “Zirə” matçdan 2:1 qalib ayrılıb.

Dünən iki qarşılaşma baş tutub.

Dünənin ilk qarşılaşamasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 44-cü dəqiqəsində “Qəbələ” Adriel Ba Louanun qolu ilə hesabı açıb-“Qəbələ”-“Kəpəz”-1:0. İlk hissə “Qəbələ”nin 1:0 üstünlüyü ilə başa çatıb.Oyunun 59-cu dəqiqəsində Prins Ovusu “Qəbələ”nin ikinic topuna imza atıb-“Qəbələ”-“Kəpəz”-2:0.Oyunun 67-ci dəqiqəsində Prins Ovusu dubl edərək özünün ikinci və “Qəbələ”nin üçüncü topuna imza atıb-“Qəbələ”-“Kəpəz”-3:0. Bu oyunda vurulan son qol oldu və “Qəbələ” mövsümdə ilk üç xalını üç cavabsız qolla qazanıb-“Qəbələ”-“Kəpəz”-3:0.

Günün ikinci qarşlaşmasında “Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sabah”-“Turan Tovuz”-0:0. Oyunun 56-cı dəqiqəsində “Sabah” Velko Simiçin qolu ilə hesabı açıb-“Sabah”-“Turan Tovuz”-1:0. Oyunun 90+6-cı dəqiqəsində Pavol Safranko penaltidən “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Turan Tovuz”-2:0.

Previous Post

"Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

"Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın etdi-YENİLƏNİB-7

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.