Türkiyədə məscid yanıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Denizlidə baş verib.
Hadisə zamanı yanğın məscidin yanındakı avtomobilə sıçrayıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğında həm məscidə həm avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
