• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

I Azərbaycan - Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi ADA Universitetində keçirilib-FOTOLAR

25 Sentyabr, 25 / 14:19
A A
I Azərbaycan - Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi ADA Universitetində keçirilib-FOTOLAR

Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşkilatçılığı ilə I Azərbaycan – Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi baş tutub.

ADA Universitetindən Nəzər.Media xəbər saytına verilən məlumata görə, Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə 50-dən çox ekspert iştirak edib. İştirakçılar arasında parlament üzvləri, yüksək vəzifəli hökumət rəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları, media nümayəndələri və müstəqil ekspertlər yer alıb.
İki gün davam edəcək tədbir dəyişən qlobal nizamda Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli münasibətləri və strateji tərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq, xarici siyasət prioritetləri, enerji əməkdaşlığı, təhsil, elm və innovasiya yolu ilə ictimai diplomatiya məsələlərinə həsr olunub. Dialoq regional və qlobal çağırışlar üzrə qarşılıqlı anlaşma və praktiki əməkdaşlığa təkan verəcək.
Açılış mərasimində ADA Universitetinin prorektoru və Milli Məclisin deputatı Fariz İsmayılzadə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, və bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.
Proqramın “Dəyişən Qlobal Nizamda Azərbaycan- Birləşmiş Krallıq İkitərəfli Münasibətləri və Strateji Tərəfdaşlıq” mövzusuna həsr olunmuş ilk panelində Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Sarfraz, Britaniya Parlamentinin keçmiş deputatı David Duguid, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları Səməd Seyidov və Sevinc Fətəliyeva iştirak ediblər.
Tədbirin ilk günü iştirakçılardan Böyük Britaniya Abraham Accords Group-un sədri Sir Liam Fox, The City of London Korporasiyasının Aldermanı Prof. Emma Edhem, Böyük Britaniya parlamentinin keçmiş deputatı və keçmiş xarici işlər naziri Rehman Chishti və Böyük Britaniya parlamentinin keçmiş deputatı Dr. Matthew Offord Azərbaycan və Birləşmiş Krallıq arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd ediblər.

//Nəzər.Media

Previous Post

Qoroskop Günün qoroskopu: Maddi məsələlərdə ehtiyatlı olun

Next Post

Demokratik İslahatlar Partiyasının anım günü ilə bağlı bəyanatı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.