Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Şamaxı”-“Araz-Naxçıvan” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“Şamaxı”-“Araz-Naxçıvan”-1:1
xxxx
Oyunun 73-cü dəqiqəsində Şarl Bol “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atdı-“Şamaxı”-“Araz-Naxçıvan”-1:1
xxxx
“Şamaxı”-“Araz-Naxçıvan” oyununda tərəflər fasilyə yollandı. İlk hissədən sonra “Şamaxı” 1:0 irəlidədir.
xxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edir. “Şirlər” doğma publika önündə qələbə qazanmaq istəyir. Keçən turda darmadağın olan Muxtar Respublika təmsilçisi də bu oyunda qələbə qazanmaq haqqında düşünür. Hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada artıq oyunun 28-ci dəqiqəsində “Şamaxı” Rüfət Abbasovun qolu ilə hesabı açdı-“Şamaxı”-“Araz-Naxçıvan”-1:0
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Keçən tur mövsümdə ilk qələbəsini qazanan “ağ-qaralar” bu turda növbəti qələbəni qazanmaq istəyəcək. Qonaqlar isə qələbəyə ac olan “Neftçi”yə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Boz qurd” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda mövsümdə ən azı ilk xallarını qazanmağa çalışacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Kimyaçı”larda Masazırda qələbəyə sevinmək istəyirlər.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasına dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “İmişli” Dioqo Rollonun qolu ilə hesabı açıb-“İmişli”-“Zirə”-1:0. İlk hissə “İmişli”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində David Volkov “Zirə”nin bərabərlik topuna imza atıb-“İmişli”-“Zirə”-1:1.Bu görüşdə vurulan yeganə qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Zirə”-1:1.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edib. Artıq oyunun 1-ci dəqiqəsində “Qəbələ” azlıqda qalıb. Komandanın heyətində Prins Ovusu qırmızı vərəqə alaraq meydandan qovulub-“Qarabağ”-“Qəbələ”-0:0. Oyunun 16-cı dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“Qəbələ”-1:0. İlk hissə “Qarabağ”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+3-cü dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Qəbələ”-2:0. Bu oyunda sonuncu qol olub hər hissəyə bir qol vuran “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.
