• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Palms Sport Arena"da qalib müəyyənləşmədi-YENİLƏNİB

27 Sentyabr, 25 / 20:57
A A
"Neftçi" "Karvan-Yevlax"ı qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Neftçi”-“Karvan-Yevlax” oyunu başa çatdı. Gərgin keçən oyun başladığı hesabla bitti-“Neftçi”-“Karvan-Yevlax”-0:0.

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Karvan-Yevlax”ı qəbul edir. Keçən tur mövsümdə ilk qələbəsini qazanan “ağ-qaralar” bu turda növbəti qələbəni qazanmaq istəyir. Qonaqlar isə qələbəyə ac olan “Neftçi”yə ən azından məğlub olmamaq haqqında düşünür. Hakim Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşmada ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Neftçi”-“Karvan-Yevlax”-0:0

Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Boz qurd” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda mövsümdə ən azı ilk xallarını qazanmağa çalışacaq.

Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Kimyaçı”larda Masazırda qələbəyə sevinmək istəyirlər.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasına dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “İmişli” Dioqo Rollonun qolu ilə hesabı açıb-“İmişli”-“Zirə”-1:0. İlk hissə “İmişli”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində David Volkov “Zirə”nin bərabərlik topuna imza atıb-“İmişli”-“Zirə”-1:1.Bu görüşdə vurulan yeganə qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Zirə”-1:1.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edib. Artıq oyunun 1-ci dəqiqəsində “Qəbələ” azlıqda qalıb. Komandanın heyətində Prins Ovusu qırmızı vərəqə alaraq meydandan qovulub-“Qarabağ”-“Qəbələ”-0:0. Oyunun 16-cı dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“Qəbələ”-1:0. İlk hissə “Qarabağ”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+3-cü dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Qəbələ”-2:0. Bu oyunda sonuncu qol olub hər hissəyə bir qol vuran “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.

Bu gün bir qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Şamaxı” Rüfət Abbasovun qolu ilə hesabı açıb-“Şamaxı”-“Araz-Naxçıvan”-1:0. İlk hissə “Şamaxı”nın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 73-cü dəqiqəsində Şarl Bol “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Araz-Naxçıvan”-1:1. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olublar-“Şamaxı”-“Araz-Naxçıvan”-1:1

Previous Post

"Neftçi" "Karvan-Yevlax"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

Əkizləri üçün dayə AXTARIR: 2000 azn maaş verəcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.