Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “Haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bursada baş verib.
Qəza zamanı yağışlı hava səbəbindən idarəetməni itirən sürücü avtomobili baryerlərə çırpıb. Hadisə zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
