Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Eskişehirdə baş verib.
Qəza zamanı minik avtomobili piyadanı vurub. Hadisə zamanı piyada xəsarət alıb. Yaralı piyada xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü hadisənin şokundan göz yaşlarını saxlaya bilməyib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
