• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR

02 Oktyabr, 25 / 17:37
A A
"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR
Azərbaycanın ilk dəfə olaraq Balakən və Şəkidə musiqidə süni intellektin tətbiqi mövzusunda genişmiqyaslı təlim və maarifləndirmə layihəsi uğurla həyata keçirilib.
AZXEBER.COM xəbər verir ki, Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqəsi çərçivəsində qalib seçildiyi “Süni intellekt və musiqinin vəhdəti” adlı layihəsinin yaxın zamanda icrasına başlamışdı. Sentyabr ayında Balakən və Şəkidə təşkil edilən təlimlərlə bu təşəbbüs uğurla başa çatdırılIB.
İlk təlim 8-9 sentyabrda Balakən Rayon Uşaq İncəsənət Məktəbində, ikinci təlim isə 21-22 sentyabr 2025 tarixlərində Şəki Dövlət Regional Kollecində keçirildi. Təlimlərdə region musiqiçiləri və yaradıcı şəxslər süni intellektin musiqi sahəsində yaratdığı imkanlarla tanış oldular, həmçinin müasir texnologiyalar,musiqi üçün elektron dərs vəsaitlərinin aşkarlanması, musiqi ilə bağlı biznes ideyaları, startap təşəbbüsləri,  və gəlir əldə etmə yolları barədə maarifləniblər.
Layihə rəhbəri, xalq artisti Zümrüd Məmmədova bildirib ki, bu layihə regionlarda musiqiçilərin və yaradıcı şəxslərin bilik və bacarıqlarının artırılması, onların yaradıcılığının stimullaşdırılması və musiqi sənayesinin inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Təlimləri Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə iş” şöbəsinin sədri, Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisi, bəstəkar İlahə Qismət Abdulla, eləcə də Azərbaycan Dövlət Dram Teatrının musiqi hissə müdiri, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, bəstəkar Azər Hacıəsgərli keçirdilər. Onlar iştirakçılarla öz bilik və təcrübələrini bölüşərək musiqi ilə texnologiyanın vəhdətindən doğan yeni imkanları nümayiş etdirdilər.
Təlimlərin sonunda iştirakçılar musiqi mövzulu xüsusi hədiyyələrlə mükafatlandırıldılar. Bu da onların gələcək fəaliyyətinə kiçik stimul xarakteri daşıyır.
Layihə nəticəsində region musiqiçiləri müasir texnologiyaların tətbiqi ilə bağlı yeni biliklər qazandılar və musiqi sənayesinin inkişafına yönəlmiş innovativ yanaşmalarla tanış oldular. Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi belə təşəbbüslərin regionlarda musiqi sənayesinin inkişafına böyük töhfə verdiyini qeyd edir və gələcəkdə də bu istiqamətdə layihələrin davam etdiriləcəyini vurğulayır.

 

 

 

 

 

Previous Post

Efirdə DAVA düşdü: "Qapını elçilər dağıdırdı?"

Next Post

MDB Oyunları: Qız boksçuların yarışında 6 idmançımız finala yüksəlib, 4-ü bürünc medal qazanıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.