Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kopleksinin Stadionu”nda “Neftçi”ni qəbul edəcək. Keçən tur qələbə qazana bilməyən “Mavi qartallar” bu oyunda nəticə qazanmaq arzusunda olacaq. Uğursuzluq zolağından çıxa bilməyən “ağ-qaralar”da matçda üç xal qazanmaq arzusunda olacaqlar. Hakim Kamal Umudlunun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
32. Qismət Alıyev (C)
8. İsmayıl İbrahimli
4. Ruan Renato
25. Enrike Kustodio
10. Giorgi Papunaşvili
93. Brahim Konate
5. Ange Mutsinzi
11. Junior Martins
17. Ayron Qomis
77. Yeqor Boqomolski
“Zirə”nin ehtiyat oyunçuları:
13. Aydın Bayramov(GK)
41. Anar Nəzirov(GK)
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
16. Fuad Bayramov
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
26. Stefan Aka
30. Rikardo Martins
6. Eldar Quliyev
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
“Neftçi”nin start heyəti:
13. Kenan Piriç(GK)
8. Emin Mahmudov (C)
15. Elvin Bədəlov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
77. Falaye Sako
6. Sessi Dalmeyda
5. İqor Ribeyro
11. İmad Faraj
10. Freddi Varqas
23. Cordan Rezabala
“Neftçi”nin ehtiyat oyunçuları:
1. Emil Balayev(GK)
93. Rza Cəfərov(GK)
4. Elvin Camalov
7. Emil Səfərov
47. Murad Məmmədov
14. Edvin Kuç
24. Mustafa Sek
9. Bassala Sambu
27. Kristian Kostin
22. Luis Ortis
28. Alessio Kurçi
“Neftçi”nin baş məşqçisi:Samir Abasov
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günün günün ilk qarşılaşmasında Azərbaycan futbolu qüruru “Qarabağ” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Köhlən atlar matçda növbəti üç xallarını qazanmaq istəyəcək.Xal üzünə həsrət Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azı məğlub olmamaq üçün əlindən gələni edəcək.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Kimyaçılar” matçda növbəti üç xallarını qazanmağa calışacaq. “Boz qurda” da Sumqayıta üç xal üçün gəlib.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Yevlax təmsilçisi matçda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə matçda üç xal üçün çıxacaq.
Günün və turun sonucu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri doğma publika önündə qələbə qazanmağa çalışacaq. “Şamaxı”da matçda üç xal qazanmağı hədəfləyəcək.
