Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Çanakkaledə baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı 6 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Yaralılardan ikisi Rusiya vətəndaşıdır.Jandarma qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
