Türkiyədə zəncirvari yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Sakaryada baş verib.
Qəza zamanı minik avtomobilinə arxadan başqa avtomobilin çırpılması minik avtomobilinin idarəetməni itirməsinə səbəb olub. Beləcə idarəetməni itirən minik avtomobili TIR-a çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü yaralanıb. Onun yarası yüngül olduğundan özü xəstəxanaya gedib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
