Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Kimyaçılar” matçda növbəti üç xallarını qazanmağa calışacaq. “Boz qurda” da Sumqayıta üç xal üçün gəlib. Hakim Fərid Hacıyevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Sumqayıt”ın start heyəti:
1. Mehdi Cənnətov(GK)
3. Höccət Haqverdi
7. Rüstəm Əhmədzadə
8. Səbuhi Abdullazadə (C)
9. Aleksandr Ramalinqom
14. Pedro Pinto
72. Rayan Senhadji
23. Ronaldo Vaskez
71. Masaki Murata
80. Keffel Resende
11. Aleksa Yankoviç
“Sumayıt”ın ehtiyat oyunçuları:
22. Xəyal Fərzullayev(GK)
6. Rauf Rüstəmli
56. Aftandil Arixov
10. Nikola Ninkoviç
19. Roi Kehat
21. Nihad Əhmədzadə
75. Nadir Orucov
47. Hüseyn Xıdırov
66. Ruslan Əliyev
97. Vüsal Paşayev
“Sumqayıt”ın baş məşqçisi:Saşa İliç
“Turan Tovuz”un star heyəti:
1. Oleq Baklov(GK)
29. Filip Ozobiç
88. Faiq Hacıyev (k)
5. Roderik Miller
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
21. Aleks Souza
“Turan Tovuz”un ehtiyat oyunçuları:
41. Sergey Samok(GK)
17. Rəhim Sadıxov
10. Xəyal Nəcəfov
11. Ayxan Hüseynov
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
6. Fərid Yusifli
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Yevlax təmsilçisi matçda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə matçda üç xal üçün çıxacaq.
Günün və turun sonucu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri doğma publika önündə qələbə qazanmağa çalışacaq. “Şamaxı”da matçda üç xal qazanmağı hədəfləyəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “İmişli”ni qəbul edib. Artıq oyunun 33-cü dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“İmişli”-1:0. İlk hissə “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+5-ci dəqiqəsində Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“İmişli”-2:0.Bu oyunda vurulan son qol oldu və hər hissəyə bir qol vuran “Araz-Naxçıvan” matçdan 2:0 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kopleksinin Stadionu”nda “Neftçi”ni qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Zirə”-“Neftçi”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 66-cı dəqiqəsində Freddi Varqas “Neftçi”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-1:1.Oyuxun 87-ci dəqiqəsində Bassala Sambu “Neftçi”nin iknci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Zirə”-“Neftçi”-1:2.Oyunun 90+8-ci dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-2:2.Oyunun 90+10-cu dəqiqəsində “Zirə” azlıqda qalıb. Komandanın heyətində Ayron Qomis ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“Zirə”-“Neftçi”-2:2. Bu oyunda vuruan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməkə bir xala qane oldular-“Zirə”-“Neftçi”-2:2.
