Xəbər verdiyimiz kimi , ölkəmizdə təşkil edilən III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına start verilib. Təmsilçilərimiz bu gün daha iki medal qazanmağa nail olub.
Nəzər.Media xəbər verir ki, Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsadə gümüş medala sahib olub. Amil Ramazanov özünün ikinci komandamızın dördüncü medalını qazanıb. Günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.
//Nəzər.Media
