• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - Alimlər açıqladı

06 Oktyabr, 25 / 10:39
A A
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - Alimlər açıqladı

Almaniyanın Maks Plank İnstitutunun alimləri sadiqlik və uzunömürlülük arasında birbaşa əlaqə olduğunu müəyyən ediblər. Yeni tədqiqatın nəticələrinə görə, sakit və monoqam münasibət yaşayan erkəklər, dişilərin diqqəti uğrunda daimi rəqabət aparanlara nisbətən daha uzunömürlü olurlar.

Araşdırma 1100-dən çox növ üzərində aparılıb. Məlum olub ki, məməlilər arasında dişilər erkəklərdən orta hesabla 12 faiz daha çox yaşayır, quşlar arasında isə vəziyyət tərsinədir – erkəklər dişiləri təxminən 5 faiz qabaqlayır. Bu fərqin əsas səbəbi isə cinsi rəqabət və stresdir: dişilərin diqqəti uğrunda nə qədər amansız mübarizə gedirsə, orqanizmin enerjisi bir o qədər tükənir və ömür qısalır.

Alimlər maral və qorilla kimi növlərdə “qazanmaq üçün döyüş” davranışının orqanizmə dağıdıcı təsir göstərdiyini, bunun nəticəsində erkəklərin daha erkən öldüyünü bildiriblər. Əvəzində canavarlar, marmazetlər və digər monoqam heyvan növlərində bu fərq ya çox az, ya da ümumiyyətlə yoxdur.

Nəticə aydındır: təbiətdə də sədaqət uzunömürlülüyün sirridir. Sakitlik və bağlılıq – təkcə mənəvi yox, həm də bioloji üstünlükdür.

//milli.az

 

Previous Post

Şirvanda bacı və qardaş bıçaqlandı

Next Post

Qırmızı işıqda dayanan avtomobilə yük maşını çırpıldı: 2 yaralı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.