Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bartında baş verib.
Qəza zamanı motosiklet minik avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü yaralanıb. Yaralı sürücünü minik avtomobilinin sürücüsü xəstəxanaya aparıb. Minik avtomobilinin sürücüsü sərxoş olduğu məlum olub. Hər iki polis tərəfindən saxlanılıb. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
