Bu gün Gəncə İdman Sarayında günün ilk qarşılaşması bürünc medal uğrunda Azərbaycan və Özbəkistan milliləri komandaları arasında baş tutub. Oyunu 3:1 hesabı ilə qalib gələn Azərbaycan yığması yarışın bürünc medalını qazanıb.
Ardınca meydançaya Rusiya və Belarus yığma komandaları çıxıb. Qızıl medal uğrunda keçirilən oyunda qalib Rusiya millisi olub. Rəqibini 3:0 hesabı ilə məğlub edən Rusiya yığması III MDB Oyunlarının qızıl medalını, Belarus isə gümüş medalını qazanıb.
6 oktyabr
Bürünc medal oyunu
Azərbaycan – Özbəkistan 3:1 (24:26, 25:20, 25:16, 25:22)
Final
Belarus – Rusiya 0:3 (15:25, 10:25, 19:25)
Beləliklə, yarışın yekun sıralaması belə olub:
Rusiya
Belarus
Azərbaycan
