• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Dünya

UNESCO-ya yeni rəhbər seçildi

06 Oktyabr, 25 / 22:52
A A
UNESCO-ya yeni rəhbər seçildi

UNESCO-nun İcraiyyə Şurasının Parisdə keçirilən 222-ci sessiyasında səsvermənin nəticələri elan edilib.

Misirli alim və siyasətçi Xalid əl-Enani səsvermədə 55 səs toplayaraq, cəmi 2 səs qazanan Konqo Respublikasının namizədi Firmin Eduar Matokonu geridə qoyub. Bu, UNESCO tarixində ən böyük səs fərqi ilə qələbə hesab olunur.

1971-ci ildə Qizada anadan olan Xalid əl-Enani misirşünas alim və akademikdir. O, 2019-2022-ci illərdə Misirin Turizm və Qədim Əsərlər naziri vəzifəsində çalışıb, bundan əvvəl isə Qahirə Misir Muzeyinə rəhbərlik edib və Helvan Universitetində Misirşünaslıq üzrə professor olub.

Helvan Universitetinin Turizm və Otel İdarəçiliyi fakültəsini bitirən əl-Enani, 1996-cı ildə Misirşünaslıq üzrə magistr dərəcəsi alıb, 2001-ci ildə isə Fransanın Pol Valeri Montpellier III Universitetindən doktorluq dərəcəsi qazanıb.

Ərəb, ingilis və fransız dillərini sərbəst bilən əl-Enani, Böyük Misir Muzeyi (GEM) də daxil olmaqla bir sıra iri mədəni irs layihələrinə rəhbərlik edib və beynəlxalq mədəni əməkdaşlıqlarda fəal rol oynayıb.

2025-ci ilin sentyabr ayında Xalid əl-Enani Fransanın ən yüksək mülki ordeni sayılan Şöhrət Legionunun Cəngavəri nişanı ilə təltif olunub.

Fransanın Misirdəki səfiri Erik Şevalye onun “təhsil, mədəniyyət, elmi araşdırmalar və mədəniyyətlərarası dialoqa verdiyi əvəzsiz töhfələri” yüksək qiymətləndirib.

//milli.az

Previous Post

Qəzza əməliyyatlarında 1000-dən çox İsrail əsgəri ölüb

Next Post

“Qarabağ” – “Çelsi” oyunu bu stadionda keçiriləcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.