Türkiyədə zəncirvari qəza baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Ankarada baş verib.
Qəzada iki avtomobil və 1 sərnişin avtobusu toqquşub. Hadisə zamanı 20 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
