“Real Madrid” Federiko Valverdeni transfer siyahısına daxil edib.
Məlumata əsasən, klub prezidenti Florentino Peres futbolçu ilə maraqlanan komandaları xəbərdar edib ki, yarımmüdafiəçini transfer etmək üçün onun müqaviləsində göstərilən 1 milyard avroluq satınalma maddəsini aktivləşdirməlidirlər.

27 yaşlı uruqvaylı futbolçu bu mövsüm “kral klubu”nun heyətində 9 oyunda iştirak edib və 3 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, Valverdenin “Real Madrid”lə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
