Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza İspartada baş verib.
Qəza zamanı minik avtomobili və avtobus toqquşub. Hadisə zamanı 1 nəfər ölüb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
