Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Afyonkarahisarda baş verib.
Hadisə zamanı minik avtomobili və motosiklet toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Qəza 3 nəfərin yaralanmasına səbəb olub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
