• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Dünya

Daha bir ölkə Fələstin Dövlətini tanıdı

07 Oktyabr, 25 / 23:42
A A
Daha bir ölkə Fələstin Dövlətini tanıdı

Lüksemburqun Baş naziri Lyus Friden, ölkəsinin Fələstin Dövlətini tanıdığını bəyan edib. O, iki dövlətli həll modelinin Yaxın Şərqdə davamlı sülh üçün yeganə yol olduğunu vurğulayıb.

Baş nazir bu açıqlamanı Avropa Parlamentində çıxışı zamanı verib. O, həmçinin 7 oktyabr 2023-cü il hücumlarının ildönümündə İsrail tərəfindən saxlanılan girovların “dərhal və şərtsiz azad edilməsinə” çağırıb.

Friden çıxışında Avropanın hazırda qlobal qeyri-sabitlik, texnoloji və iqtisadi dəyişikliklər, iqlim böhranı və miqrasiya kimi problemlərlə üzləşdiyini qeyd edib. O, bu səbəbdən qitənin bir daha “tarixi dönüş nöqtəsində” dayandığını bildirib.

Lüksemburq Baş naziri Avropanın uğurunun qaydalar, müqavilələr və institutlara əsaslanan beynəlxalq sistemdən qaynaqlandığını xatırladıb. O, bu sistemin bu gün “tarixdə heç olmadığı qədər təzyiq altında” olduğunu deyib:

Friden həmçinin Avropa İttifaqının genişlənməsinin artıq strateji əhəmiyyət daşıdığını, bu prosesin ləngiməsinin isə namizəd ölkələri AB-dən uzaqlaşdıra biləcəyini vurğulayıb.

O, AB ölkələri arasında sərhəd nəzarətinin uzunmüddətli bərpasının “Avropa layihəsi üçün geriyə addım” olacağını deyib və əlavə edib:

“Sığınacaq hüququ qorunmalıdır. Bu, bizim ortaq insaniliyimizin danılmaz bir hissəsidir. Avropanın bütün ölkələrində iqtisadi inkişaf üçün nizamlı miqrasiyaya ehtiyac var.”

//milli.az

Previous Post

400 min km-ə rahat çata bilən ən dözümlü maşınlar açıqlandı

Next Post

Sevdanı açıq-saçıq geyiminə görə QINADILAR - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.