Türkiyədə zəncirvari yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Mersində baş verib.
Qəzada 1 avtomobil və iki TIR iştirak edib. Qəza zamanı minik avtomobili deformasiyaya uğrayaraq tamamilə yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
