• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Azərbaycanda yeni qanun qəbul ediləcək

10 Oktyabr, 25 / 15:57
A A
Azərbaycanda yeni qanun qəbul ediləcək

“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul ediləcək.

Trend-in məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında yeni “Dövlət xidmətləri haqqında” qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, qanun layihəsi dövlət xidmətləri sahəsində faəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir.

Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilib. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib.

Layihənin qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək.

Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilib.

Layihədə dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

//Trend

Previous Post

Metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında interval azaldılacaq

Next Post

"Məcbur olub yaşlı kişiyə ƏRƏ GETDİM" - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.