Futbol üzrə milli komandamız 2026 Dünya Çempionatının seçmə mərhələsinin IV turu çərçivəsində səfərdə Polşanın Krakov şəhərində “Krakoviya” stadionunda Ukrayna millisinin qonağı olacaq. Fransa ilə çətin oyundan sonra milli komandamız bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.Ukrayna millisi isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Qarşılaşmanı Avstryadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sebastian Gişamer olacaq. Ona ədaləti təmsil etməkdə həmyerliləri Roland Riedel və Santino Şreiner kömək edəcək. Oyunda dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Kristian-Petru Çiokirkaya Manuel Şüettenqruber kömək edəcək. Artıq komandaların start heyətləri bizlərə məlumdur:
Ukrayna millisinin start heyəti:
12. Anatoli Trubin(GK)
2. Yuxim Konoplya
8. Ruslan Malinovski
9. Aleksey Qutsulyak
11. Artyom Dovbik
13. İlya Zabarnı
15. Oleq Oçeretko
16. Vitali Mikolenko
22. Mikola Matvienko (C)
18. Yeqor Yarmolyuk
19. Nazar Voloşin
Ukrayna millisinin ehtiyat oyunçuları:
1. Georgi Buşan(GK)
23. Dmitro Rıjnik(GK)
3. Boqdan Mixayliçenko
4. Aleksandr Svatok
5. Valeri Bondar
6. Vladimir Brajko
7. Vladislav Vanat
10. Mikola Şaparenko
14. Aleksandr Nazarenko
17. Artyom Bondarenko
20. Vladislav Veleten
21. İvan Kalyujnı
Ukrayna millisinin baş məşqçisi:Sergey Rebrov
AZƏRBAYCAN millisinin start heyəti:
1. Şahruddin Məhəmmədəliyev(GK)
3. Elvin Cəfərquliyev
4. Bəhlul Mustafazadə
5. Anton Krivotsyuk
7. Anatoli Nuriyev
8. Emin Mahmudov (C)
13. Abbas Hüseynov
14. Elvin Bədəlov
15. Abdulla Xaybullayev
17. Toral Bayramov
19. Nəriman Axundzadə
AZƏRBAYCAN millisinin ehtiyat oyunçuları:
12. Aydın Bayramov(GK)
23. Rza Cəfərov(GK)
2. Faiq Hacıyev
6. Murad Xaçayev
10. Mahir Emreli
11. Rüstəm Əhmədzadə
16. Rəhman Daşdəmirov
18. Cəlal Hüseynov
20. Səbuhi Abdullazadə
21. Qismət Alıyev
22. Musa Qurbanlı
AZƏRBAYCAN millisinin baş məşqçisi:Ayxan Abbasov
Qeyd edək ki, milli komandamız 2026-cı ildə keçirilən Dünya Çempionatının seçmə mərhələsinə Sentyabrın 5-də start verib. İlk olaraq millimiz səfərdə “Lauqardalsvollur” stadionunda İslandiya millisinin qonağı olub. Artıq oyunun 45+2-ci dəqiqəsində İslandiya Viktor Palssonun qolu ilə hesabı açıb-İslandiya-Azərbaycan-1:0. İlk hissə İslandiyanın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İsaq Beqman Cohannason İslandiyanın ikinci topuna imza atıb-İslandiya-Azərbaycan-2:0.Oyunun 56-cı dəqiqəsində İsaq Beqman Cohannason dubl edərək özünün ikinci İslandiyanın üçüncü topuna imza atıb-İslandiya-Azərbaycan-3:0.Oyunun 67-ci dəqiqəsində Alber Gudmundsson İslandiyanın dördüncü topuna imza atıb-İslandiya-Azərbaycan-4:0. Oyunun 73-cü dəqiqəsində Kristan Hilinsson İslandiyanın beşinci topuna imza atıb-İslandiya-Azərbaycan-5:0. Bu oyunda vurulan son qol olub və millimiz matçda 5:0 darmadağın olub.
Sentyabrın 9-da “Tofiq Bərhamov adına Respublika Stadionu”nda Ukrayna millisini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Azərbaycan-Ukrayna-0:0.Oyunun 51-ci dəqiqə Ukrayna Georgiy Sudakovun qolu ilə hesabı açıb-Azərbaycan-Ukrayana-1:0. Oyunun 72-ci dəqiqəsində Emin Mahmudov penaltidən Azərbaycan millisinin bərabərlik topuna imza atıb-Azərbaycan-Ukrayna-1:1. Bu oyunda vurulan son qol oldu və görüşdə tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldu-Azərbaycan-Ukrayna-1:1.
Oktyabrın 10-da millimiz “Park De Prens”da Fransa millisinin qonağı olub. Arıtq oyunun 45+2 dəqiqəsində Fransa millisi Kilyan Mbappenin qolu ilə hesabı açıb-Fransa-Azərbaycan-1:0. İlk hissə rəqibimizin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 69-cu dəqiqəsində Adrian Rabiot Fransa millisinin ikinci topuna imza atıb-Fransa-Azərbaycan-2:0. Oyunun 84-cü dəqiqəsində Florian Thauvin Fransa millisinin üçüncü topuna imza atıb-Fransa-Azərbaycan-3:0. Bu oyunda vurulan son qol olub və millimiz matçdan 3:0 məğlub ayrılıb.
