Bu gün milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Şirlər” bu oyunda növbətini qazanmağa çalışacaq. Mövsüm başlayandan xal üzünə həsrət Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azı bir xal qazanmağa çalışacaqlar. Hakim Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizə məlumdur:
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes(GK) (C)
80. Həbib İsmayılov
82. Rüfət Abbasov
9. Karim Rossi
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
44. David Santos
19. Abdullahi Şuaybu
8. Alfons Msanqa
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
17. Rafael Məhərrəmli
5. Arsen Ağcabəyov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
97. Oruc Məmmədov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
24. Sənan Muradlı
6. Antonio Lara
“Şamaxı”nın baş məşqçisi:Ayxan Abbasov
“Kəpəz”in start heyəti:
1. Kaçper Rosa(GK)
27. Məqsəd İsayev
77. Fərid Nəbiyev
88. Şakir Seyidov
9. Luis Paçu
11. Vitor Feijao
29. Dioqo Verdaska (C)
24. Olavale Onanuqa
12. Mahamadu Ba
10. Ryonosuke Ohori
38. Cefferson Bentu
“Kəpəz”in ehtiyat oyunçuları:
22. Məmməd Hüseynov(GK)
7. Ehtiram Şahverdiyev
99. Əli Səmədov
5. Rauf Hüseynli
17. Ümid Səmədov
53. Şahmar Aşurov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
55. Kresus Donqo
6. Pedro Qomeş
“Kəpəz”in baş məşqçisi:Azər Bağırov
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edəcək. Turnir cədvəlinin lideri “tovuzlular” bu oyunda Avrokubok oyunu ərəfəsində olan rəqibindən ən azı xal almağa çalışacaq. UEFA Çempionlar Liqasının liqa mərhələsində səfərdə “Atletletiko Bilbao” ilə qarşılaşacaq “köhlən atlar” bu oyunda çox güc sərf etmədən qələbə qazanmağı istəyəcəklər.
Turun digər görüşləri Şənbə və Bazar günü baş tutacaq. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. Premyer Liqanın sürpriz komandaların dan olan “İmişli” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Yevlax təmsilçisi isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edəcək. “Bayquşlar” doğma meydanda növbəti qələbələrini qazanmağa çalışacaq. “Mavi qartallar”da Masazırda üç xal üçün mübarizə aparacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” meydana üç xal üçün çıxacaq. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyəcək.
