• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Qubada qalib müəyyənləşmədi-YENİLƏNİB-5

18 Oktyabr, 25 / 16:30
A A
Qubada qalib müəyyənləşmədi-YENİLƏNİB-5

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “İmişli”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Qəbələ”-2:2
xxxx
Oyunun 80-ci dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza atraq hesabı bərabərləşdirdi-“İmişli”-“Qəbələ”-2:2
xxxx
Oyunun 74-cü dəqiqəsində Ronaldo de Souza “İmişli”nin qoluna imza ataraq hesab arasındakı fərqi azaldtdı-“İmişli”-“Qəbələ”-1:2
xxxx
Oyunun 47-ci dəqiqəsində İbrahim Sanqare “Qəbələ”nin ikinci topuna imza atdı-“İmişli”-“Qəbələ”-0:2
xxxx
“İmişli”-“Qəbələ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qəbələ” 0:1 hesabı ilə irəlidədir.
xxxx
Dünən milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günü ilk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edir. Premyer Liqanın sürpriz komandalarından olan “İmişli” bu oyunda növbəti qələbəsini qazanmağa çalışır. “Qəbələ” isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. Hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada artıq oyunun 43-cü dəqiqəsində “Qəbələ” Domi Massumonun qolu ilə hesabı açdı-“İmişli”-“Qəbələ”-1:0

Bu gün bir qarşılaşma baş tutacaq.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Yevlax təmsilçisi isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.

Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edəcək. “Bayquşlar” doğma meydanda növbəti qələbələrini qazanmağa çalışacaq. “Mavi qartallar”da Masazırda üç xal üçün mübarizə aparacaq.

Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” meydana üç xal üçün çıxacaq. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyəcək.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna dünən start verilib. Açılış günündə iki qarşlaşma baş tutub.

Günün və turun ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Şamaxı” Sezar Enrikenin qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 34-cü dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in bərabərlik topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:1. Oyunun 39-cu dəqiqəsində Fərid Nəbiyev dubl edərək özünün və “Kəpəz”in ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:2. Oyunun 45+1-ci dəqiqəsində “Şamaxı” azlıqda qalıb. Komandanın heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub-“Şamaxı”-“Kəpəz”-1:2. İlk hissə “Kəpəz”in 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 67-ci dəqiqəsində Luis Paçu “Kəpəz”in üçüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:3. Oyunun 85-ci dəqiqəsində Luis Paço dubla imza ataraq özünün ikinci komandasının dördüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:4. Bu oyunda vurulan son qol olub və “Kəpəz” mövsümdə ilk qələbəsini reallaşdırıb.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edib.Artıq oyunun 40-cı dəqiqəsində “Turan Tovuz” Alexandro Serrano penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Qarabağ”-1:0. İlk hissə “Turan Tovuz”un 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 55-ci dəqiqəsində “Qarabağ” Nəriman Axundzadənin qolu ilə hesabı bərabərləşdirib-“Turan Tovuz”-“Qarabağ”-1:1. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Turan Tovuz”-“Qarabağ”-2:1.Bu oyunda vurulan son qol oldu “Qarabağ” matçdan 1:2 qalib ayrıldı.

Previous Post

"İmişli" "Qəbələ"ni qəbul edir-START HEYƏTLƏR

Next Post

"Sumqayıt" "Karvan-Yevlax"ı qəbul edir-START HEYƏTLƏR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.